AZ

İdarəetməni itirən sürücü avtomobili otluğa aşırdı VİDEO

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi döngə 8-də yol-nəqliyyat hadisəsi baş verib. 

Avtosfer.az-ın məlumatına görə, qəza aprelin 6-da səhər saatlarında qeydə alınıb.

Hərəkətdə olan 77-UZ-392 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobil işıq dirəyinə çırpılaraq yol kənarındakı otluq sahəyə aşıb. Şahidlərin sözlərinə görə, qəzanın səbəbi sürücünün anidən idarəetməni itirməsi olub. Zərbənin təsirindən avtomobil yararsız vəziyyətə düşüb, dirək isə qopub.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
avtosfer.az

1Mənbələr