AZ

Qazaxıstanda dronlar ictimai təhlükəsizliyi təmin edir

ain.az, Azertag portalına istinadən məlumat verir.

Astana, 6 aprel, AZƏRTAC

Şimali Qazaxıstan bölgəsində profilaktik tədbirlər üçün səsgücləndiricilərlə təmin olunan pilotsuz uçuş aparatlarından fəal şəkildə istifadə edilir.

AZƏRTAC Qazaxıstan Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, dronlar su hövzələrində patrul xidməti həyata keçirir, balıqçıları və tətil edənləri nazik buz riskləri barədə məlumatlandırır, meşəlik ərazilərdə yanğın təhlükəsi vəziyyətinin monitorinqini aparır və yanğının mənbəyini erkən mərhələdə müəyyən edir.

Yaşayış sektorunda və bağ kotteclərində səsgücləndiricilər vasitəsilə yanğın təhlükəsizliyinə dair maarifləndirmə işi aparılır.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
2
azertag.az

3Mənbələr