AZ

Velosiped daşımaq üçün yeni sisteem təqdim olunub  

Velosiped daşımaq üçün “Smart Suction Go” adlı texnologiya təqdim olunub. ABŞ-nin “Allen Sports” şirkəti avtomobilin üzərinə vantuz vasitəsilə yapışdırılan və blutuz ilə izlənilən velosiped daşıyıcısı hazırlayıb. Klassik baqaj sistemlərinə alternativ olan cihaz velosipedi avtomobilin damına və ya arxa hissəsinə vantuzlar vasitəsilə bərkidir. Sistem ağıllı təzyiq sensorları ilə təchiz olunub. Bu sensorlar vantuzun boşalma ehtimalını hər 5 saniyədən bir yoxlayır və problem yaranarsa, istifadəçinin smartfonuna bildiriş göndərir.

Şirkətdən bildirilib ki, istifadəçilərə problem yarandıqda avtomobili saxlamaq üçün bir neçə dəqiqə vaxt verilir. Bu qurğu, əsasən çəkisi 15 kiloqrama (35 funt) qədər olan velosipedlər üçün nəzərdə tutulub və -15°C-dən +60°C-yə qədər temperaturda işləyə bilir. Qurğu 4 AA batareya ilə işləyir və təxminən 6–8 saat aktiv istifadə müddəti təqdim edir. Şirkət eyni texnologiyanı foto və video çəkiliş üçün kameraları avtomobilə bərkitmək üçün də istifadə etməyi planlaşdırır.

    

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Seçilən
8
1
azerbaijan-news.az

10Mənbələr