Baş nazir Pedro Sançesin ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarını kəskin tənqid etməsi fonunda İspaniyanın hakim Sosialist Partiyasına dəstək artıb.
Ölkə.Az xəbər verir ki, bu barədə "Reuters" sosioloji sorğuların məlumatlarına istinadən bildirib.
"El Mundo" qəzeti üçün "Sigma Dos" tərəfindən aparılan araşdırmaya görə, partiyanın reytinqi bir ay əvvəlki 26,4%-lə müqayisədə 27,7%-ə yüksəlib. "El País" üçün "40dB" şirkətinin keçirdiyi sorğu isə dəstək səviyyəsinin 28,6% olduğunu göstərir.
Eyni zamanda, hərbi əməliyyatı dəstəkləyən ifrat sağçı "Vox" partiyasının populyarlığı azalıb: "Sigma Dos"un məlumatına görə reytinq 18,3%-dən 17,1%-ə, "40dB"in qiymətləndirməsinə görə isə 18,7%-ə düşüb.