AZ

Başçı Ülviyyə Əliyevanı işdən çıxartdı

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavinlərindən biri vəzifəsindən azad olunub.

Bakıvaxtı.az  İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Taleh Qaraşov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, başçının müavini – Ərazi təşkilat və ictimai – siyasi məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva vəzifəsindən azad edilib.

Qeyd edək ki, Ü.Əliyeva 2023-cü ilin sentyabrından başçının müavini vəzifəsində çalışırdı. O, əvvəllər müxtəlif illərdə bir neçə məktəbdə müəllim, direktor, daha sonra isə Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lənkəran və Astara rayonu üzrə təhsil sektorunun müdiri vəzifələrində işləyib.

Seçilən
47
14
bakivaxti.az

10Mənbələr