AZ

Ağsu şəhəri ZÜLMƏT içindədir və üstəlik küçələri sahibsiz itlər basıb...


Dəfələrlə  mediada  qeyd etmişik ki, TƏBİİ  FƏLAKƏTLƏ ( sel, daşqın, zəlzələ ) müqayisədə MƏMUR FƏLAKƏTİ  daha dəhşətlidir. 

Çünki TƏBİİ  FƏLAKƏTİN nəticələrini 1-2 aya, uzağı 1 ilə aradan qaldırmaq olur. 

MƏMUR FƏLAKƏTİNİN  nəticələrini isə nəinki 1-2 aya, 1 ilə hətta illərlə aradan qaldırmaq olmur. 

Bəli, Rövşən Bağırov kimi icra başçıları rəhbərlik etdiyi rayonlarda elə problemlər yaradırlar ki, sakinlər zülm çəkir və dövlətdən narazı qalırlar. 

Söhbət  Ağsu rayonundan gedir. 

Xeyli vaxtdır rayon mərkəzi, yəni Ağsu şəhəri qaranlığa  bürünüb, zülmət içərisindədir. Şəhərin küçələri  zibilliyi xatırladır. Və küçələrdə  dəstə-dəstə sahibsiz itlər  dolaşır. 

Bütün bunlar rayonun icra başçısı cənab Rövşən Bağırovu qəti narahat etmir. Sakinlər müxtəlif dövlət  qurumlarına müraciət etsələr də heç bir tədbir görülmür. 

Redaksiyamıza müraciət edən rayon sakinləri səslərinin yuxarılara çatdırılmasını xahiş edirlər. 

Biz də cənab Prezidentimizin dediyi kimi ( "Harada neqativ hala rast gəlsəniz mənə siqnal göndərin" ) Ağsu sakinlərinin etirazlarını ictimailəşdirdik. 

 


Seçilən
44
1
nuh.az

2Mənbələr