AZ

Əməkhaqqı ilə bağlı qanunvericiliyə dəyişiklik ediləcək VİDEO

Azxeber.com saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ölkədə əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısı alınacaq.AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik təklif edilir.Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan dəyişikliyə əsasən, işəgötürən cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borcludur.Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, Beynəlxalq Əmək Təşkilatının 100 nömrəli Konvensiyasına və Avropa Sosial Xartiyasına uyğun olaraq, kişi və qadınlara bərabər dəyərli əməyə görə bərabər əməkhaqqı verilməsi tam təmin olunmalıdır. Lakin mövcud qanunvericilkdə bu prinsip yalnız "eyni və ya oxşar işlər" çərçivəsində tətbiq olunur və daha geniş anlayışı əhatə etmir.

Qanuna edilən dəyişikliklər təsdiqini taparsa, cinsindən asılı olmayaraq, bir iş yerində işləyən, eyni ixtisas dərəcəsinə malik olan, eyni iş şəraitində işləyən, eyni dəyərli işi yerinə yetirən işçilərə əməkhaqqı, həmçinin mükafatlar və işçini həvəsləndirmək məqsədilə ödənilən digər maddi ödənişlər eyni ödəniləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
azxeber.com

10Mənbələr