AZ

Ayda 140 manat bu xidmətə gedir: Müasir, gözəgörünməz büdcə düşmənləri

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Süni intellekt xidmətlərinin aylıq paketləri, "Netflix" kimi platformalar və internet xərcləri ailə büdcəsinə gözləndiyindən daha çox yük gətirə bilər. Hər birinin ayrıca ödənişi olsa da, bir yerdə toplandıqda bu xərclər aylıq gəlirin bir hissəsini ciddi şəkildə əhatə edir. Məsələn, bir ailədə hər kəsin istifadə etdiyi süni intellekt proqramları, əyləncə platformaları və sürətli internet xərcləri birləşəndə, bu, artıq yalnız “əlverişli əlavə” olmur, gündəlik büdcəni planlamağı tələb edən məsələyə çevrilir.Süni intellekt proqramları üçün ayda təxminən 20–50 manat, Netflix və oxşar əyləncə platformaları üçün 15–30 manat, ev interneti üçün isə 25–60 manat tələb olunur. Nəticədə ailələr hər ay orta hesabla 60–140 manat arası əlavə xərc çəkməli olur.Bu rəqəmlər xüsusilə az və orta gəlirli ailələrin sosial rifahına birbaşa təsir göstərir. Rəqəmsal xidmətlərin qiyməti artdıqca insanlar xərcləri prioritetləşdirmək məcburiyyətində qalırlar.Ekspertlər qeyd edirlər ki, ailələr büdcəyə qənaət etmək üçün istifadə tezliyinə uyğun paketlər seçməli və ya bəzi xidmətləri ortaq istifadə etməklə maliyyə yükünü azaltmalıdırlar.Məsələ ilə bağlı vətəndaş Əli Sadıqov Demokrat.az-a fikirlərini bildirib. O deyib ki, süni intellekt proqramları, Netflix və internet hamısı birlikdə ailəyə az-az da olsa yük olur."Bu xərclər ayrı-ayrılıqda hiss olunmasa da, ay sonunda nəzərə çarpır. Bəzən film, stand-up və.s izləməkdən uzaqlaşıb, həmən ay ödəniş etmirik. Sadəcə iş üçün ən vacib olan proqramların ödənişini edirik ki, büdcəyə əlavə yük olmasın".İqtisadçılar isə hesab edirlər ki, rəqəmsal iqtisadiyyatın inkişafı fonunda bu cür xərclər artıq "lüks" deyil, ehtiyac halına gəlib. Xüsusilə məsafədən çalışanlar üçün bu ödənişlər qaçılmazdır. Digər müsahibimiz Muradova Şəbnəm də oxşar çətinliklərlə üzləşdiyini vurğulayır. O, evdən ofis işləri görən qadın kimi bəzən proqramlara ödənilən məbləğin mətbəx xərclərini keçdiyini qeyd edib."Süni intellekt proqramları iş yükümü 50 faiz azaltsa da, büdcəyə əlavə yük olmaması üçün əyləncəli platformalara ayrılan büdcəni demək olar ki, dayandırmışıq".Göründüyü kimi rəqəmsal texnologiyalar iş prosesini sürətləndirsə də, ailələri ciddi seçim qarşısında qoyur. İnsanlar səmərəlilik və əyləncə arasında balans yaratmağa çalışaraq daha çox zəruri ehtiyaclara yönəlirlər.Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
demokrat.az

1Mənbələr