Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Ukrayna Silahlı Qüvvələrinin (USQ) Novorossiyskdəki "Xəzər Boru Kəməri Konsorsiumu"nun (XBK) obyektlərinə dron hücumu "təmiz terrorizmdir".
Redaktor.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova TASS agentliyinə müsahibəsində bu fikri paylaşıb.
"Bu, elə təmiz terrorizmdir. Energetika, müxtəlif dünya ölkələrinə zərər vurmaq üçün Kiyev rejiminin hədəflərindən biridir", – deyə o, "Qadın qanadları" forumu çərçivəsində bildirib.
Diplomat əlavə edib ki, Kiyev rəhbərliyinə terroristlərin metodları tanışdır və onlar da eynilə bu cür hərəkət edirlər. Onun sözlərinə görə, Ukrayna oxşar addımları Macarıstana qarşı da atır, Budapeştin enerji təhlükəsizliyinə zərər vurmağa çalışır və respublikadakı seçki kampaniyasına müdaxilə edir.
Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri aprelin 6-na keçən gecə pilotsuz uçuş aparatlarının köməyi ilə Novorossiyskdəki aşırılma kompleksində XBK obyektlərinə hücum edib.
Nazirliyin yaydığı məlumatda qeyd olunur ki, XBK-ya hücum dünya karbohidrogen bazarını qeyri-sabitləşdirmək və Avropa istehlakçılarına neft məhsullarının tədarükünü dayandırmaq məqsədilə həyata keçirilib. Hücum zamanı təyyarə tipli zərbə pilotsuz uçuş aparatlarından istifadə edilib.
Xədicə BAXIŞLI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.