AZ

Tailandda turistlər üçün icbari sığorta tətbiq oluna bilər

Bakı. Trend:

Tailand artan borc yükü və göstərilən tibbi xidmətlərə görəödənilməmiş hesabların ictimai səhiyyə sisteminə təzyiqi səbəbindənxarici turistlər üçün məcburi sığortanın tətbiqi məsələsininəzərdən keçirir.

Trend xəbərverir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

“Bizim artıq müvafiq planlarımız var. Əsasən əhatə dairəsi vəxarici pasiyentlər tərəfindən ümumi yükün həcmi nəzərəalınmalıdır”, – deyə krallığın səhiyyə naziri Phatthana Promphatbildirib.

O qeyd edib ki, belə bir tədbir müxtəlif qrupların, o cümlədənturistlərin və miqrantların, xüsusilə sərhədyanı ərazilərdəyaşayanların maraqlarını diqqətə almalıdır.

Krallığın səhiyyə nazirliyinin məlumatına görə, əvvəlcədən tibbisığorta əldə etməyən xarici turistlərin ödəmədiyi hesabların həcmihər il 100 milyon batı (3 milyon ABŞ dolları) ötür. Belə hallar ənçox Puket və Çianqmay kimi iri turizm mərkəzlərində qeydə alınır.Əvvəllər hava yolu ilə gələn turistlərdən tutulması planlaşdırılan300 bat (9,2 ABŞ dolları) məbləğində rüsum gündəlikdənçıxarılıb.

Hazırda Tailand hakimiyyəti xarici vətəndaşların səhiyyəsisteminə çıxışı ilə bağlı problemi daha effektiv həll yolu kimiməhz icbari sığortanı nəzərdən keçirir.

Məqalədə:
Seçilən
39
az.trend.az

1Mənbələr