AZ

“Qarabağ” 7 qol vurub qalib gəldi

Misli Premyer Liqasında 26-cı tur davam edir.

"Cebheinfo.az" xəbər verir ki, 2-ci oyun gününə nəzərdə tutulan 1 matç artıq başa çatıb.

“Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Karvan-Yevlax”ı qəbul edib. Ağdam təmsilçisi rəqibinə 7 cavabsız qolla qalib gəlib. Beləliklə, Qurban Qurbanovun komandası cari mövsümün ən böyükhesablı qələbəsini qazanıb.

Bu komandalar arasındakı əvvəlki 2 dövrənin matçlarında Ağdam təmsilçisi 2:0 hesablı qələbələr qazanıb.

6 aprel (bazar ertəsi)

19:00. “Qarabağ” - “Karvan-Yevlax” - 7:0

Qol: Leandro Andrade, 23, Kamilo Duran, 31, Dani Bolt, 40, Abdullah Zubir, 43, Kamilo Duran, 45, Kamilo Duran, 48, Leandro Andrade, 64

"Cebheinfo.az"

Seçilən
1
10
cebheinfo.az

10Mənbələr