ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Vaşinqton, 6 aprel, AZƏRTAC
ABŞ Prezidenti Donald Trampın çərşənbə axşamı saat 20:00-a qədər (Bakı vaxtilə 04:00) ABŞ ilə razılığa gəlməsə, İranın üzləşəcəyi nəticələri açıqlayıb.
AZƏRTAC-ın məlumatına görə, Tramp İranın körpülərini və elektrik stansiyalarını dağıtmaq üçün 4 saat vaxt lazım olacağını deyib.
"Ordumuzun gücünə görə, İrandakı hər bir körpünün sabah gecə saat 12-yə qədər dağıdılacağına dair bir planımız var", - deyə Tramp bildirib.
O, İrandakı elektrik stansiyalarının yanacağını, partlayacağını və bir daha istifadə olunmayacağını əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.