AZ

Pit Hegset: Bu gün ən intensiv hava hücumlarının həyata keçiriləcəyi gün olacaq

Pit Hegset: Bu gün ən intensiv hava hücumlarının həyata keçiriləcəyi gün olacaq

ABŞ-ın Müdafiə naziri Pit Hegset İranla bağlı davam edən gərginlik fonunda hərbi əməliyyatların miqyası haqqında mühüm açıqlamalar verib.

AFN.az xəbər verir ki, nazir Hegset İrana qarşı təşkil edilən hava hücumlarının bu gün ən yüksək intensivlik səviyyəsinə çatacağını bəyan edib.

Müdafiə naziri çıxışında hərbi əməliyyatların daha da genişlənəcəyinə işarə edərək, sabahkı hücumların bu günkındən də intensiv olacağını vurğulayıb. Bu açıqlama bölgədəki hərbi aktivliyin pik həddə çatacağını və hava əməliyyatlarının qarşıdakı saatlarda daha geniş coğrafiyanı əhatə edəcəyini göstərir.

Hazırda ABŞ və müttəfiqlərinin İranın hərbi və strateji hədəflərinə qarşı zərbələri davam edir.

Ekspertlər bu bəyanatı münaqişənin yeni və daha kəskin mərhələsinə keçid kimi qiymətləndirirlər.

Seçilən
25
afn.az

1Mənbələr