AZ

Baş prokuror türkiyəli həmkarı ilə görüşüb

Xalq qazeti saytına istinadən ain.az xəbər verir.

Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkün rəhbərlik etdiyi nümayəndə heyəti Kamran Əliyevin dəvəti ilə ölkəmizdə rəsmi səfərdədir.

Baş prokuror Kamran Əliyevlə türkiyəli həmkarı arasında görüş zamanı iki dövlət arasında qardaşlıq və əməkdaşlıq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, hüquq-mühafizə orqanları arasında əməkdaşlığın dinamik inkişaf etdiyi vurğulanıb.

Qeyd olunub ki, Azərbaycan ilə Türkiyə arasında münasibətlərin əsasında dayanan və ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürülmüş “bir millət, iki dövlət” konsepsiyası hazırda dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında mövcud olan sıx dostluq münasibətləri və siyasi iradə sayəsində daha da genişlənərək bütün sahələrdə, o cümlədən prokurorluq və hüquq-mühafizə orqanları arasında əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir.

Görüşdə Kamran Əliyev qonaqlara ölkəmizdə həyata keçirilən hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin rəqəmsallaşdırılması, müasir idarəetmə mexanizmlərinin tətbiqi və institusional inkişaf istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Muhsin Şentürk təmsil etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini, iki qardaş ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.

Bundan başqa, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyi müzakirə olunub, hər iki ölkənin prokurorluq orqanlarının beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının genişləndiyi, xüsusilə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş Prokurorluqlarının Şurası çərçivəsində qarşılıqlı fəaliyyətin gücləndirildiyi, hüquqi əməkdaşlıq, təcrübə mübadiləsi və birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
17
xalqqazeti.az

10Mənbələr