AZ

Somalidə antiterror əməliyyatı 12 nəfər zərərsizləşdirildi

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Somalidə təhlükəsizlik qüvvələri və beynəlxalq tərəfdaşların iştirakı ilə terror təşkilatı "Əş-Şəbab"ı hədəf alan xüsusi əməliyyat keçirilib.

525.az xəbər verir ki, bu barədə Somali Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, antiterror əməliyyatı Baydhabo və Daynunay şəhərləri yaxınlığındakı Qasarta bölgəsində həyata keçirilib. Əməliyyat zamanı 12 “Əş-Şəbab” üzvü zərərsizləşdirilib. Həmçinin çoxlu sayda terrorçunun yaralı ələ keçirildiyi bildirilib.

Nazirliyin bəyanatında qeyd olunub ki, əməliyyatın keçirilməsində məqsəd bölgədəki terror qruplaşmasının elementlərini zəiflətmək və ölkə daxilində təhlükəsizliyi gücləndirməkdir. Həmçinin oxşar əməliyyatların davam etdiriləcəyi vurğulanıb.

İbrahim Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
525.az

1Mənbələr