AZ

Şirin yuxunun sirri bu yeməkdədir

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Gecə rahat yuxuya getmək çoxları üçün çətin görünsə də, gündəlik qidalanma vərdişlərini dəyişməklə buna nail olmaq mümkündür. Son araşdırmalar göstərir ki, pəhrizə daxil edilən müəyyən qidalar yuxu keyfiyyətinə dərhal təsir edir."The Journal of the National Sleep Foundation" jurnalında dərc olunan tədqiqata əsasən meyvə, tərəvəz və tam taxıllı məhsullar istehlak edən şəxslər növbəti gecəni 16 faiz daha rahat keçirirlər. Maraqlıdır ki, bu müsbət dəyişiklik cəmi bir gün ərzində özünü göstərir. Meyvə və tərəvəzlərdəki vitamin və antioksidantlar sinir sistemini sakitləşdirərək bədəni dərin yuxuya hazırlayır. Xüsusilə gündə beş porsiya meyvə-tərəvəz qəbulu yuxunun fasiləsiz olmasını təmin edir.Yuxu prosesində maqnezium və kalium mineralları da mühüm rol oynayır. Maqnezium əzələlərin gərginliyini azaldır, kalium isə bədənin maye balansını tənzimləyir. İspanaq, avokado, banan və badam kimi qidalar bu minerallarla zəngin olduğu üçün axşam menyusunda yer alması tövsiyə edilir. Kifayət qədər su içmək isə bu maddələrin orqanizmdə daha effektiv fəaliyyət göstərməsinə şərait yaradır.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
103
demokrat.az

1Mənbələr