Tropik meyvələr arasında həm dadı, həm də ekzotik görünüşü ilə ən çox sevilənlərdən biri olan ananas sağlam qidalanma siyahılarının əvəzolunmazı hesab olunur. Vitamin mənbəyi kimi tanınan bu "ekzotik kral" arıqlama menyularında tez-tez qarşımıza çıxsa da, əslində göründüyü qədər məsum deyilmiş.
Publika.az xəbər verir ki, ananasın həddindən artıq istehlakı orqanizmdə gözlənilməz fəsadlara və narahatlıqlara yol aça bilər.
Bir çoxumuz ananas yedikdən sonra dildə və ağız boşluğunda yaranan o qəribə yanma və qıcıqlanmq hissi ilə qarşılaşmışıq. Bunun səbəbi ananasın tərkibindəki "bromelayn" adlı olduqca güclü fermentdir. Bu ferment zülalları parçalamaq qabiliyyətinə malikdir və hər nə qədər həzmə kömək etsə də, ağız boşluğundakı həssas toxumalara toxunduğu andan etibarən onları sanki "həzm etməyə" başlayır. Məhz bu səbəbdən ananas yeyərkən dildə qıcıqlanma və ağrı hiss olunur.