“Əgər İran infrastrukturunun məhv edilməsini əmr etsəm, onun yenidən qurulması yüz il çəkəcək”.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ lideri Donald Tramp bildirib. O qeyd edib:
“Əgər istəsək, İran elektrik stansiyalarının və körpülərinin dağıdılmasını 4 saat ərzində baş verəcək” .
Daha sonra o, razılığa gəlmək üçün çərşənbə axşamı Tehrana verdiyi ultimatumu təkrarlayıb:
“Silahlı qüvvələrimizin gücü ilə İranın bütün körpülərinin dağıdılacağı, İranın bütün elektrik stansiyalarının sıradan çıxacağı və bir daha istifadə edilə bilməyəcəyini nəzərdə tutan planımız var”.
Aydın Baxış