AZ

Küveyt hava bazasına hücum nəticəsində ABŞ hərbçiləri yaralandı

Küveytdə yerləşən Əli əl-Salem hava bazasına pilotsuz uçuş aparatı ilə edilən hücum nəticəsində ən azı 15 amerikalı yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə “CBS News” iki ABŞ rəsmisinə istinadla məlumat yayıb.

Pilotsuz aparat İran ərazisindən buraxılıb.

Mənbə bildirib ki, yaralananların əksəriyyəti artıq xidmətə qayıdıb.

Seçilən
14
publika.az

1Mənbələr