AZ

“ALE Caspian” MMC müflis olur - AÇIQLAMA

“ALE Caspian” MMC şirkəti müflis olduğunu açıqlayıb.

FED.az şirkətin yayıdığı məlumata istinadən xəbər verir ki, “ALE Caspian” MMC-nin (VÖEN - 2002637001) müflis elan olunması ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsində 2-2(3-6)-304/2026 saylı iş üzrə məhkəmə baxışı 15 aprel 2026-cı il saat 10.00-a təyin edilib.

Şirkətin debitor və kreditorlar Bakı Apellyasiya Məhkəməsinə müraciət edə bilərlər. Ünvan: AZ1073, Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə.

Əlaqə telefonu: (012) 510-53-48.

Xatırladaq ki, ALE Caspian (tam adı: ALE Heavy Lift Caspian) beynəlxalq mühəndislik və yükdaşıma şirkəti olan ALE-nin Azərbaycan və Xəzər regionu üzrə filialıdır.

Şirkət əsasən neft sektoru üçün ağır yüklərin Daşınması, mürəkkəb mühəndislik həlləri və xüsusi kran və texnikalar üzrə xidmətlər göstərirdi.

Seçilən
14
fed.az

1Mənbələr