AZ

Bakıda gözlənilən proses başlayır? – Paytaxtdan 200-300 km aralıdakı rayonlar…

Böyük şəhərlərdən, xüsusilə Bakıdan kəndlərə kütləvi qayıdış ehtimalı yenidən gündəmə gəlib. Bildirilir ki, bahalaşma, nəqliyyat sıxlığı, psixoloji gərginlik kimi amillərlə yanaşı, artıq yağışlar nəticəsində yaranan subasma da şəhər həyatını getdikcə çətinləşdirir.

Bəs hazırda insanların eyni intensivliklə yenidən kəndlərə qayıtması mümkündürmü?

Publika.az xəbər verir ki, bu barədə Globalinfo.az-a danışan Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli danışıb. O deyib ki, zaman-zaman inkişaf tendensiyalarına uyğun olaraq əhalinin ölkədaxili miqrasiyası daim baş verib:

“Bu, dünya təcrübəsində normal proses hesab olunur. Türkiyə, İran və digər qonşu ölkələrdə olduğu kimi insanlar əsasən iş imkanlarının daha geniş olduğu böyük şəhərlərə üz tuturlar. Bunun əsas səbəbi sənaye və xidmət sektorlarının inkişafı, eləcə də sosial infrastrukturun paytaxt və iri şəhərlərdə daha yaxşı qurulmasıdır. Nəticədə kəndlərdən şəhərlərə kütləvi köç müşahidə olunur. Eyni tendensiya Rusiya, Ukrayna və Belarus kimi ölkələrdə də qeydə alınıb. Lakin şəhərə köçüb orada adaptasiya olan insanların yenidən kəndlərə qayıtması demək olar ki, kütləvi xarakter almır. Dünya təcrübəsində bu proses çox zəif müşahidə olunur. Məsələn, İstanbul kimi milyonlarla əhalisi olan şəhərdə yaşayanların böyük hissəsi müxtəlif bölgələrdən köçənlərdir və dönüş halları çox nadirdir. Azərbaycan üçün də vəziyyət oxşardır. Ölkə kiçik olsa da, regionlardan paytaxta axın davam edir”.

Ekspert bildirib ki, əks miqrasiyanın baş verməsi üçün regionlarda kiçik və orta sahibkarlığın inkişafına ciddi investisiyalar qoyulmalıdır:

Seçilən
0
6
publika.az

7Mənbələr