Oğuzda avtomobil aşıb, yaralananlar var.
Moderator.az xəbər verir ki, hadisə Qaraməryəm–Şəki magistral yolunun Oğuz rayonu ərazisindən keçən hissəsində baş verib.
Məlumata görə, 1971-ci il təvəllüdlü rayon sakini Oybek Yunisovun idarə etdiyi “Mitsubishi” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb.
Qəza nəticəsində sürücü və onun sərnişinləri - 1976-cı il təvəllüdlü Yunisov Atabek Mirzoyeviç və onun qızı, 2011-ci il təvəllüdlü Yunisova Asmin Atabek qızı xəsarət alıblar.
İlkin məlumata görə, yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq müvafiq şöbəyə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.