İran İslam Respublikasının şimal-qərbində yerləşən Təbriz şəhərində çoxsaylı partlayışlar baş verib.
"Unikal" "Al Hadath" telekanalına istinadən xəbər verir ki, partlayışlar İran İslam Respublikasının şimal-qərbində yerləşən Təbriz şəhərində baş verib.
Qeyd olunur ki, Təbrizin müxtəlif əraziləri intensiv hava hücumlarına məruz qalır, son saatlarda şəhərdə 20-dən çox güclü partlayış baş verib.
Dəyən ziyan və ya mümkün tələfat barədə hələlik heç bir məlumat yoxdur.