BAKI, 7 aprel. TELEQRAF
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin oyunlarına start verilir.
Teleqraf xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Gecənin mərkəzi görüşündə “Real Madrid” “Bavariya”nı qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Digər matçda isə Portuqaliya təmsilçisi “Sportinq”i İngiltərə “Arsenal”ını qəbul edəcək.
UEFA Çempionlar Liqası
1/4 final mərhələsi
7 aprel
23:00. “Real Madrid” (İspaniya) – “Bavariya” (Almaniya)
23:00. “Sportinq” (Portuqaliya) – “Arsenal” (İngiltərə)