AZ

İtkin düşmüşdü Meyiti qayalıqda tapıldı

ain.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Aprelin 4-də Daşkəsəndə itkin düşən 74 yaşlı kişinin meyiti tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, şəhər sakini Əli Kərimovun meyiti bir gün sonra yaxınlıqdakı qayalıq ərazidə aşkarlanıb.

Meyitin götürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə müraciət daxil olub.

Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti qayalıq ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
6
bakivaxti.az

8Mənbələr