AZ

Bir iki verilişdən başqa qalanları səviyyəsiz idi

Milli.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu televiziya verilişlərinin hazırkı vəziyyəti ilə bağlı fikirlərini bölüşüb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkədə paylaşdığı videoda danışıb:

"İndi verilişlər necə də gözəl olub. Gözəl musiqi, mahnılar, bir-birinə sataşmırlar, dava etmirlər. Pis əməllərini ortaya qoymurlar. Yaxşı ki, səviyyəsiz verilişlər yığışdırıldı. Bir-iki verilişdən başqa qalanları səviyyəsiz idi".

Qeyd edək ki, bir müddət əvvəl aparıcı Xoşqədəm Hidayətqızı, Zaur Kamal Zaur Baxşəliyev, Elgiz Əkbər, Zaur Nəbioğlu və Tarix Əliyevin (Tolik) verilişinin yayımı dayandırılıb.

Milli.Az 

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
8
news.milli.az

9Mənbələr