AZ

"7 qol vurmaq bizi xüsusilə sevindirir" - Abdullah Zubir

style='margin-bottom:10px;'>

“Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubirin QOL.az saytına müsahibəsi

- Misli Premyer Liqasının 26-cı turunda “Karvan-Yevlax” üzərində 7:0 hesabllı qələbə qazandınız. Oyun barədə nə deyə bilərsiniz?

- Qələbə qazandığımız üçün sevincliyik. Başlanğıcdan oyunun sonuna qədər yaxşı çıxış etdik. Matça nəzarəti əlimizdə saxlamağı bacardıq. Çünki görüşə ciddi hazırlaşmışdıq. İşimizi layiqincə gördük. Hazırda yalnız qarşıdakı matçlara fokuslanmalıyıq.

- Yəqin ki, oyundan öncə belə bir hesab gözləmirdiniz... 

- Heç vaxt hesab barədə düşünmürük. Bütün matçlar komandamız üçün çətin keçir. Amma 7 qol vurmaq bizi xüsusilə sevindirir. Ümidvarıq ki, son tura qədər bütün matçları qələbə ilə başa vuracağıq.

- Vurduğunuz qol ustalıq səviyyəsinə görə digər 6 topdan fərqlənirdi. Həmin epizodu necə şərh edərdiniz?

- Montiel məni gördü və topu çox yaxşı ötürdü. Mən isə öz üzərimə düşəni yerinə yetirərək bu ötürməni layiqincə dəyərləndirdim. Yekunda fərqlənməyi bacardım. Razıyam, baxımlı qol alındı. Buna görə sevincliyəm.

- Bəziləri düşünür ki, "Qarabağ" artıq çempionluq yarışından qopub, xal fərqini aradan qaldırmaq mümkün olmayacaq. Belə düşününlərə nə demək istərdiniz?

- Biz heç vaxt ruhdan düşmürük. Hazırda 7 xal fərq var, düzdür. Amma bu barədə çox da düşünmürük. Yalnız oyunlara fokuslanıb bacardığımızın ən yaxşısını etməyə çalışırıq. Çempionatın sonunda xalları birlikdə görəcəyik. 

- Növbəti matç "Şamaxı"ya qarşı olacaq. Bu komanda ilə son səfər matçınız çətin alınmışdı. Budəfəki qarşılaşmadan gözləntiləriniz nədir?

- Əlbəttə, Şamaxıda oynamaq çox çətindir. Rəqib yaxşı komandadır. Bizdən gözləntiləri başa düşürük. Bu həftə ərzində həmin matça yaxşı hazırlaşmalıyıq. "Şamaxı" ilə qarşılaşmada da qələbə qazanmaq istəyirik.

Seçilən
10
1
teleqraf.com

5Mənbələr