Azpost saytından verilən məlumata görə, ain.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp İranın mülki və enerji infrastrukturuna zərbələri təxirə sala bilər.
Azpost.info bildirir ki, bu barədə Axios nəşri ABŞ administrasiyasının yüksək vəzifəli məmuruna istinadən xəbər verir.
“Əgər prezident razılaşmanın bağlandığını başa düşərsə, çox güman ki, təxirə salacaq. Lakin qərar yalnız onundur”-deyə mənbə vurğulayıb.
Bu arada adı açıqlanmayan Pentaqon rəsmisi ABŞ rəhbərliyinin İran razılaşmasının müddətini daha da uzatma ehtimalına şübhə ilə yanaşdığını bildirib.
Axios mənbələrinə görə, ABŞ prezidenti kabinet üzvləri arasında İrana qarşı ən sərt mövqe tutub. ABŞ vitse-prezidenti J.D. Vens, prezidentin xüsusi nümayəndəsi Stiv Vitkoff və prezidentin kürəkəni Cared Kuşner əmindirlər ki, mümkün olduqda Tehranla razılığa gəlməyə çalışmalıdır. Mənbələrə görə, Tehranın Vaşinqtonun atəşkəs təklifinə cavabı Ağ Ev tərəfindən imtina kimi deyil, danışıqlar manevrası kimi qəbul edilib.
AzPost.az
Paylaş
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.