AZ

Premium Bank 3 mühüm nominasiya üzrə mükafatlandırılıb

Marja.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Premium Bank, Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən təşkil olunan “Bankçılıq Mükafatları – 2025” təşəbbüsü çərçivəsində üç mühüm nominasiya üzrə mükafata layiq görülüb. Bankın fəaliyyəti kommersiya banklarının performansı və cəmiyyətə verdiyi töhfələr əsasında yüksək qiymətləndirilib.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Premium Bank korporativ sosial məsuliyyət, rəqəmsal ödənişlər sahəsində innovativ həllərin tətbiqi və dayanıqlı bankçılıq (ESG) prinsiplərinə uyğun fəaliyyət istiqamətlərində əldə etdiyi uğurlara görə fərqləndirilib.

Korporativ sosial məsuliyyət sahəsində uğurlar

Premium Bank cəmiyyətin rifahına yönəlmiş təşəbbüslərə davamlı şəkildə töhfə verir. Ekoloji layihələr, təhsil proqramları və sosial cəhətdən həssas qrupların dəstəklənməsi istiqamətində həyata keçirilən layihələr bankın bu sahədəki strateji və ardıcıl fəaliyyətini nümayiş etdirir.

Rəqəmsal ödənişlərdə innovativ yanaşma

Bankın təqdim etdiyi AllMiles loyallıq proqramı müştərilərə geniş tərəfdaş şəbəkəsi vasitəsilə əlavə millər qazanmaq imkanı yaradır. Proqram çərçivəsində həm yerli, həm də beynəlxalq ödənişlər zamanı mil toplamaq mümkündür.

Eyni zamanda, 20-dən çox aviaşirkət üzrə aviabiletlərin, eləcə də Azərbaycan Dəmir Yolları vasitəsilə qatar biletlərinin əldə olunması zamanı müştərilər əlavə üstünlüklərdən faydalana bilirlər.

Bununla yanaşı, Premium Bank ilin sonunda bankın tarixində ilk maskotu — Boomi-ni ictimaiyyətə təqdim edib. Boomi, loyallıq ekosisteminin simvolu kimi çıxış edərək müştərilərə millərin daha sürətli toplanması, biletlərin əldə edilməsi və proqram imkanlarından daha rahat istifadə olunması prosesində bələdçilik edir.

Dayanıqlı bankçılıq (ESG) istiqamətində inkişaf

Premium Bank dayanıqlı inkişaf prinsiplərinə əsaslanan maliyyə məhsulları və xidmətlər təqdim etməklə ekoloji, sosial və idarəetmə (ESG) istiqamətlərinə xüsusi önəm verir. Bu sahədə həyata keçirilən təşəbbüslər həm biznes mühitinin, həm də cəmiyyətin uzunmüddətli inkişafına töhfə verir.

Əldə olunan bu mükafatlar Premium Bank üçün yeni inkişaf mərhələsinin başlanğıcı kimi qiymətləndirilir. Bank gələcəkdə rəqəmsal transformasiya, sosial məsuliyyət və dayanıqlı bankçılıq istiqamətlərində fəaliyyətini daha da genişləndirərək müştərilərinə innovativ və yüksək keyfiyyətli xidmətlər təqdim etməyi hədəfləyir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
marja.az

2Mənbələr