AZ

"Həşdi Şabi" qərargahları vurulur

ABŞ-İsrailin qüvvələri İraqın qərbindəki Ənbar şəhərində  "Həşdi Şabi" mövqelərinə 7 hava hücumu təşkil edib.

"Cebheinfo.az" xəbər verir ki, "Həşdi Şabi" Ənbar Əməliyyatları komandiri Qasım Muslihin bildirdiyinə görə, hücumlar 13-cü "Ət-Tufuf" briqadasına qarşı həyata keçirilib.

Təşkil edilən 7 hava hücumunda rabitə obyektləri ilə bir sıra hərbi nəqliyyat vasitələrinin hədəf alındığı, hədəfə alınan yerlərdə maddi ziyanın meydana gəldiyi, lakin hər hansı can itkisinin yaşanmadığı bildirilib.

ABŞ və İsrail tərəfindən sözügedən hücumla bağlı hələlik açıqlama verilməyib.

Son günlərdə ABŞ ilə İsrailin "Həşdi Şabi" qərargahlarına yönəlmiş hücumlarında artım müşahidə olunur.

Seçilən
15
1
cebheinfo.az

2Mənbələr