ain.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Şabranda aprelin 4-5-də müşahidə edilən güclü yağışlar Şabran rayonu ərazisindən keçən Şabrançay və Dəvəçiçay çaylarında sululuğun normadan artmasına səbəb olub və daşqın ciddi fəsadlar törədib.Şabran İcra Hakimiyyətində fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyasından Bizim.Media-ya verilən məlumata görə, bu səbəbdən ümumilikdə 6 körpünün sağ və sol cinahları yararsız hala düşüb.Şabran–Pirəbədil–Zeyvə yolunun 5-ci kilometrliyində 40 metrlik hissə tam yararsız vəziyyətə düşüb.Təcili görülən tədbirlər nəticəsində Çölquşçu kəndində evlərini su basmış sakinlər FHN əməkdaşlarının köməyi ilə təxliyə olunublar.Rayona dəyən ziyanın həcmi hesablanır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.