AZ

Pakistanın sülh təşəbbüsləri kritik mərhələyə daxil olur Tehran səfiri

ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Tehranın İslamabaddakı səfiri Rza Əmiri Müqəddəm Pakistanın İran münaqişəsinin dayandırılması istiqamətində səylərinin həlledici mərhələyə yaxınlaşdığını bildirib.

Redaktor.az xəbər verir ki, diplomat bu barədə X sosial şəbəkəsində paylaşım edib.

O qeyd edib ki, Pakistanın müharibəni dayandırmaq üçün həyata keçirdiyi xoşməramlı və məhsuldar təşəbbüslər kritik və həssas mərhələyə daxil olur.

“Pakistanın müharibəni dayandırmaq üçün xoşməramlı və məhsuldar səyləri kritik və həssas bir mərhələyə yaxınlaşır. Daha çox məlumat üçün bizi izləyin”, – deyə paylaşımda vurğulanıb.

Aminə ŞAHSUVARQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
1
redaktor.az

2Mənbələr