AZ

Müharibəyə son: İranın 10 bəndlik təklifindən DETALLAR

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

İran ABŞ və İsraillə müharibəyə son qoymaq üçün 10 bəndlik təklif təqdim edib. 

“Cebheinfo.az”-ın “The New York Times” qəzetinə istinadən məlumatına görə, plan danışıqlarda vasitəçilik edən Pakistan vasitəsilə çatdırılıb.

Təklifin bütün 10 bəndi məlum deyil, lakin iki yüksək vəzifəli İran rəsmisinin sözlərinə görə, rəsmi Tehran  tələb edir: 

Bir daha hücuma məruz qalmayacağına dair zəmanət; 

Bütün sanksiyaların ləğvi; 

İsrailin Livanda “Hizbullah”-a qarşı hücumlarına son qoyulması.

Əvəzində İran Hörmüz boğazının blokadasına son qoyacaq və hər gəmiyə 2 milyon dollar vergi tətbiq edəcək ki, bunu da qarşı sahildə yerləşən Omanla bölüşəcək".

Plana görə, İran əldə etdiyi gəlirdən öz payını ABŞ və İsrail hücumları nəticəsində zədələnmiş infrastrukturun bərpasına sərf edəcək. Bu yanaşma birbaşa kompensasiya tələb etmək əvəzinə təklif olunur.

İran dövlət mediası yazır ki, ölkələrinin təklifinin mətni atəşkəs rejimini rədd edir və İranın istəklərinə uyğun olaraq müharibəyə qəti son qoyulmasına ehtiyac olduğunu vurğulayır.

Xəzər

“Cebheinfo.az”

Açar sözlər:

İran təklif

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
4
cebheinfo.az

7Mənbələr