Bu gün Azərbaycan Premyer Liqasında 26-cı tura yekun vurulacaq.
Publika.az xəbər verir ki, son gündə 3 oyun baş tutacaq.
“İmişli” “Turan Tovuz”la qarşılaşacaq. “Zirə” “Şamaxı”nı qəbul edəcək. Turun son matçında isə lider “Sabah” səfərdə “Araz-Naxçıvan”la üz-üzə gələcək.
Daha öncə “Kəpəz” “Qəbələ”yə (0:2), “Sumqayıt” “Neftçi”yə (1:3) uduzub, “Qarabağ” “Karvan”a (7:0) qalib gəlib.
Azərbaycan Premyer Liqası, 26-cı tur
7 aprel