AZ

“AAAF Park”da 19 yaşlı qız 7-ci mərtəbədən yıxılıb öldü

Abşeron rayonu Xırdalan şəhərində faciəvi hadisə baş verib.

“Sitat.info” xəbər verir ki, dünən saat 10 radələrində 2007-ci il təvəllüdlü Esmira İsayeva yaşadığı “AAAF Park” yaşayış sahəsindəki 12 mərtəbəli binanın 7-ci mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb.

O, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
42
6
sitat.info

7Mənbələr