AZ

Mançester Yunayted in yarımmüdafiəçisi Yuventus un hədəfində

sport24.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İtaliyanın "Yuventus" klubu heyətini yeni oyunçu ilə gücləndirməyə hazırlaşır. Sport24.az xəbər verir ki, Turin təmsilçisinin əsas hədəfi Mançester Yunayted"də çıxış edən Manuel Uqartedi.Bu barədə "Corriere Dello Sport" məlumat yayıb."Qoca sinyora" uruqvaylı yarımmüdafiəçini hələ "Sportinq"də çıxış etdiyi vaxtlardan radarına alıb. Hazırda Turin klubu bu transfer üçün ən şanslı namizədlərdən biri hesab olunur.Qeyd edək ki, Manuel Uqarte uğrunda mübarizə aparan yeganə klub "Yuventus" deyil. Türkiyə nəhəngi "Qalatasaray"la yanaşı, Premyer Liqa təmsilçiləri "Nyukasl" və "Aston Villa" da futbolçunun xidmətində maraqlıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
sport24.az

1Mənbələr