AZ

Luçeskunun oğlundan atası ilə bağlı açıqlama

style='margin-bottom:10px;'>

Mirça Luçeskunun oğlu Rzavan Luçesku atasının durumu ilə bağlı açıqlama verib.

QOL.az-ın "Gazeta Sporturilor"a istinadən məlumatına görə, o, həyat yoldaşı Neli və oğlu Matei ilə birlikdə 80 yaşlı mütəxəssisi görmək üçün xəstəxanaya gedib. 

Rzavan Luçesku reanimasiyada olan məşqşinin durumu haqda bunları deyib: "Çətin anlar yaşayırıq. Hər kəsdən hörmətlə yanaşmasını xahiş edirəm. Bütün lazımi məlumatlar tibb işçiləri tərəfindən rəsmi mənbələr vasitəsilə veriləcək".

Həkimlərin sözlərinə görə, Luçeskunun vəziyyəti stabil, lakin ağır olaraq qalır.

Xatırladaq ki, aprelin 3-də Luçeskunun kəskin miokard infarktı keçirdiyi açıqlanmışdı. Rumıniya milli komandasının düşərgəsində səhhətinin pisləşməsi səbəbindən martın 29-da xəstəxanaya yerləşdirildikdən sonra, onun həmin gün xəstəxanadan buraxılması planlaşdırılırdı.

Həmçinin aprelin 2-də Rumıniya Futbol Federasiyası onun milli komandanın baş məşqçisi vəzifəsindəki səlahiyyətlərinin başa çatdığını rəsmi olaraq elan edib.

Seçilən
9
teleqraf.com

1Mənbələr