İsrail İran vətəndaşlarını bir neçə saat ərzində qatarlardan istifadə etməməyə çağırıb.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin “X” sosial şəbəkəsində farsdilli hesabında təcili xəbərdarlıq paylaşılıb.
“Təhlükəsizliyiniz naminə, bu andan etibarən yerli vaxtla saat 21:00-a qədər İranın hər yerində qatarla səfərlərdən və səyahətdən çəkinməyi xahiş edirik. Qatarlarda və ya dəmir yollarının yaxınlığında olmaq həyatınız üçün təhlükəlidir”, - paylaşımda deyilir.
Bəyanatda xəbərdarlığın təfərrüatı açıqlanmasa da, bunun mümkün hücumlarla bağlı olduğu güman edilir.
"Cebheinfo.az"