Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bakı, 7 aprel, AZƏRTAC
Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə aprelin 9-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Özbəkistan Dövlət Konservatoriyasının ölkəmizdə səfərdə olan professor-müəllim heyəti ilə görüş keçiriləcək.
MEMİM-dən AZƏRTAC-a bildirilib ki, görüşün məqsədi iki ölkənin musiqi mədəniyyəti sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsidir.
Tədbir çərçivəsində Özbəkistan musiqiçiləri və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim musiqi alətləri ansamblının iştirakı ilə konsert proqramı təqdim olunacaq.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.