Gəncədə dəm qazından boğulma faktı qeydə alınıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin tədris ustası 1962- ci il təvəllüdlü Sevda Mehdiyeva yaşadığı evdə dəm qazından boğularaq ölüb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.