AZ

Pezeskiyan: İran üçün həyatımı qurban verməyə hazıram

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

İran prezidenti Məsud Pezeskiyan ölkəsi üçün lazım gələrsə həyatını verməyə hazır olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, o, bu fikri 14 milyon iranlının İslam Respublikasını qorumaq üçün özünü fəda etməyə hazır olduqlarını açıqlaması ilə birgə ifadə edib.

“14 milyondan çox cəsur iranlı artıq İrandan qorunmaq üçün həyatını fəda etməyə hazır olduğunu bildirib. Mən də olmuşam, indi də varam və bundan sonra da həyatını İran üçün verməyə hazır olanlardanam”, – deyə o, "X" sosial şəbəkəsində yazıb.

Aprelin 2-də isə İran İslam Respublikasının Məclisinin (parlamentinin) sədri Məhəmməd Baqer Qalibaf bildirib ki, təxminən 7 milyon iranlı silah götürüb ölkələrini müdafiə etməyə hazırdır.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
icma.az

1Mənbələr