"Pakistanın müharibəni dayandırmaq üçün xoşməramlı və məhsuldar səyləri mühüm və həssas bir mərhələyə yaxınlaşır".
"Cebheinfo.az" "Yeni Sabah"-a istinadən xəbər verir ki, sosial şəbəkə hesabında İranın Pakistandakı səfiri Rza Əmiri Moqəddəm yazıb.
Xatırladaq ki, rəsmi İslamabad ABŞ və İran arasında mesajlaşmada vasitəçi kimi iştirak edir.
Qeyri-rəsmi məlumatlara görə, Vaşinqtonun təkliflərinə cavab olaraq Tehran öz şərtlərini Pakistan vasitəsilə Ağ Evə çatdırıb.
"Cebheinfo.az"