AZ

Varşavanın mərkəzində antiterror əməliyyatı keçirilir

Təhlükəsizlik qüvvələri Varşavanın mərkəzində, Seym və Senat binalarının yaxınlığında antiterror əməliyyatı keçirir.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bu  barədə Varşava polisi məlumat yayıb. 

"Bəzən terrorizmə qarşı mübarizə qüvvələrinin köməyini tələb edən vəziyyətlərlə qarşılaşırıq. Buraya cinayət törətməkdə şübhəli bilinən şəxslərin saxlanılması da daxildir", -  məlumatda qeyd olunub. 

Məlumata görə, əməliyyat zamanı "Black Hawk" helikopterindən istifadə edilib və qoşunlar binalardan birinin damına eniş ediblər.

 

Seçilən
22
1
unikal.az

2Mənbələr