AZ

Rusiya yenə “Oreşnik” atacaq Risk altındakı hədəflər göstərildi

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiyadakı Kapustin Yar sınaq poliqonunda yüksək aktivlik qeydə alınıb. İki “Oreşnik” raketinin artıq buraxılışa hazır olduğu bildirilir. Atışın Ukraynaya  növbəti böyük raket və PUA hücumu zamanı və ya ondan dərhal sonra baş verməsi ehtimalı yüksəkdir.

“AzPolitika” xəbər verir ki, bu barədə Ukraynadakı hərbi-analitik kanal olan "Yeradar" və müvafiq monitorinq xidmətləri məlumat yayıb. 

Mövcud məlumata görə, Rusiya "Oreşnik" orta mənzilli ballistik raketlərindən istifadə etməklə Ukrayna ərazisinə mümkün zərbə üçün hazırlıqları başa çatdırıb.

Analitiklər zərbələr üçün potensial prioritet hədəfləri müəyyənləşdirirlər. Onların fikrincə, strateji mərkəzlər və logistika mərkəzləri, yəni Kiyev, Lvov və Starokonstantinov xüsusilə risk altındadır.

Bu tip ballistik raketlər yüksək sürətə malikdir və həyəcan siqnalı verildikdən sonra gizlənmək üçün lazım olan vaxt olduqca azdır.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
azpolitika.info

1Mənbələr