AZ

Trampdan xəbərdarlıq: “Putin bizdən qorxur, NATO-dan yox”

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi son mətbuat konfransında həm müttəfiqlərini, həm də rəqiblərini hədəf alan sərt bəyanatlarla çıxış edib. İran tərəfindən vurulan "F-15" təyyarəsinin heyətinin xilas edilməsi əməliyyatına həsr olunmuş konfransda Tramp maraqlı diplomatik məqamlara toxunub.

Milli.Az xəbər verir ki, tədbirdə Trampla yanaşı, Müdafiə naziri Pit Heqset, Baş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn və MKİ direktoru Con Retkliff də iştirak edib.

NATO-nun İran məsələsində yardım təklifinə sərt cavab verən Tramp, Alyansın gücünü şübhə altına alıb:
"Mən həmişə demişəm ki, NATO 'kağız pələngdir'. Putin NATO-dan qorxmur. Putin bizdən qorxur, həm də çox qorxur. O, bunu dəfələrlə açıq şəkildə bildirib".

Prezident həmçinin qeyd edib ki, Alyansda ABŞ-dan başqa hər hansı bir dövlətin liderlik etməsi Vaşinqton üçün təhlükə deyil.

Tramp ABŞ-ın hərbi dəstək verdiyi ölkələrin böhran anında səssiz qalmasını kəskin tənqid edib:

"Bilirsinizmi daha kim kömək etmədi? Cənubi Koreya, Avstraliya və Yaponiya! Yaponiyada onları Şimali Koreyadan qorumaq üçün 50 min əsgərimiz var. Amma onlar bizə hətta eniş zolaqları belə təmin etmədilər. Sonra da NATO-dan danışırsınız. NATO da kömək etmədi".

Tramp NATO-nun baş katibi Mark Rutte ilə gözlənilən görüşünə də toxunub. O, Alyansla yaşanan soyuqluğun arxasında fərqli bir səbəbin dayandığını iddia edib:

"Biz Qrenlandiyanı istəyirik, amma onlar onu bizə vermək istəmirlər. Mən də onlara 'əlvida' dedim".

Səkinə Yusifova
Milli.Az

Seçilən
0
1
milli.az

10Mənbələr