AZ

İsrailin İstanbuldakı konsulluğuna silahlı basqın - Ölən və yaralanan var

İsrailin Türkiyənin İstanbul şəhərində yerləşən konsulluğuna silahlı basqın olub.

“Yeni Sabah” xəbər verir ki, günorta saatlarında Leventdə yerləşən İsrail konsulluğunun yaxınlığında atəş səsləri eşidilib.

Hadisə yerinə çoxsaylı polis əməkdaşları və təcili tibbi yardım briqadaları göndərilib.

Məlumata görə, konsulluq qarşısında atışmada 3 nəfər zərərsizləşdirilib. Onlardan bir nəfər ölüb, bir nəfər isə yaralıdır. Yaralılardan birinin saxlanıldığı qeyd olunub.

Bir polis əməkdaşı yaralanıb.

Konsulluğun təxminən bir ildir bağlı olduğu deyilir.


Telegram kanalımız
Seçilən
22
yenisabah.az

1Mənbələr