AZ

Yağışlı hava şəraitində sürücülər ən çox hansı səhvlərə yol verir? AÇIQLANDI

Sia Az saytından alınan məlumata görə, ain.az bildirir.

“Yağışlı havalarda sürücülərin yol verdiyi səhvlər qəzaların artmasına səbəb olan əsas amillərdən biridir. Ən çox rast gəlinən problemlərdən biri sürücülərin avtomobili yağışa əvvəlcədən hazırlamamasıdır. Məsələn, şüşəsilənlərin (fırçaların) vəziyyəti əvvəlcədən yoxlanılmalı və yağış başlamazdan əvvəl işlək halda olduğuna əmin olunmalıdır. Lakin bir çox sürücü buna diqqət yetirmir”.

Bu sözləri SİA-ya açıqlamasında avtomobil ustası Sahil Ağabəyli bildirib.

Onun sözlərinə görə, digər ciddi səhv isə yolda yaranan su yığıntılarına məsuliyyətsiz yanaşmaqdır:

“Qarşıda gölməçə və ya su ilə örtülmüş sahə görünərsə, ora daxil olmaqdan çəkinmək lazımdır. Buna baxmayaraq, sürücülər tez-tez bu cür riskli sahələrə daxil olurlar.

Xüsusilə magistral yollarda yüksək sürətlə hərəkət edərkən yolun kənarında olan gölməçələrə diqqət yetirilməlidir. Sürət 60–80 km/saat və ya daha yüksək olduqda, təkərin suya düşməsi avtomobilin idarəetmədən çıxmasına səbəb ola bilər. Bu hal “suda sürüşmə” effekti yaradaraq nəqliyyat vasitəsinin istiqamətini dəyişir və qəza riskini artırır. Buna görə də sürücülər sürəti azaltmalı və mümkün qədər gölməçələrdən uzaq durmalıdır.

Əgər hər hansı səbəbdən təkər suya düşərsə, sürücü panikaya qapılmadan avtomobili stabilləşdirməyə çalışmalı və qəfil manevrlərdən qaçmalıdır.

Yağışlı havadan sonra avtomobilin salonuna da diqqət yetirilməlidir. Ayaqaltılar islanmışsa, onlar çıxarılmalı, qurudulmalı və yalnız bundan sonra yenidən yerinə qoyulmalıdır. Əks halda, rütubət avtomobil daxilində xoşagəlməz qoxu və hətta göbələk yaranmasına səbəb ola bilər.

Bu kimi sadə, lakin vacib qaydalara əməl etmək yağışlı havalarda həm sürücünün, həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin edir”.

Ayşən Vəli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
sia.az

2Mənbələr