AZ

Şamaxinkada təhlükəli anlar: Piyada və sürücü işıqforu gözardı etdi VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Paytaxtın Asif Məhərrəmov küçəsi ilə 20 Yanvar küçəsinin kəsişməsində baş verən qayda pozuntuları kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl səhər saatlarında qeydə alınıb. Görüntülərdən aydın olur ki, piyada işıqforun qadağanedici siqnalına məhəl qoymadan yolu qaçaraq keçir. Bu zaman o, həm öz həyatını, həm də hərəkətdə olan nəqliyyat vasitələrinin sürücülərini ciddi risk qarşısında qoyur.

Daha sonra 10-LX-600 dövlət qeydiyyat nişanlı “BYD” markalı avtomobilin sürücüsü də yol hərəkəti qaydalarını pozaraq işıqforun qırmızı işığında dayanmadan yolayrıcına daxil olur. Nəticədə sürücü son anda avtomobili saxlayaraq qarşıdan gələn nəqliyyat vasitəsi ilə toqquşmadan yayınır.

Qeyd edək ki, bu cür kobud qayda pozuntuları yol-nəqliyyat hadisələrinin baş vermə riskini əhəmiyyətli dərəcədə artırır.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
avtosfer.az

1Mənbələr