İranın Buşehr Atom Elektrik Stansiyasından təxliyə edilən 175 rusiyalı işçidən ibarət qrup Yerevandan Moskvaya xüsusi reyslə yola salınıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyinin mətbuat xidməti məlumat verib.
Diplomatik nümayəndəlikdən qeyd edilib ki, aprelin 6-da Buşehr Atom Elektrik Stansiyasının təxliyə olunmuş işçilərinin başqa bir qrupunun tərkibində İrandan Nurduz-Aqarak sərhəd keçid məntəqəsindən Ermənistana gələn daha 175 Rusiya vətəndaşı xüsusi reyslə Yerevandan Moskvaya yola düşüb.
Səfirlik, Rosatom Dövlət Korporasiyası işçilərinin xoş münasibətinə və tez bir zamanda qeydiyyat prosesinə görə Ermənistan hakimiyyətinə dərin minnətdarlığını bildirib.
Anar