AZ

Putin Trampı tankla müqayisə edib

Rusiya Prezidenti Vladimir Putin 2025-ci ilin oktyabrında Macarıstan Baş naziri Viktor Orbanla söhbətində ABŞ Prezidenti Donald Trampı müzakirə edib və onu tankla müqayisə edib.

Herbiand.az bildirir ki, bu barədə Bloomberg agentliyi söhbətin stenoqramına istinadən xəbər verir.

Qeyd olunur ki, söhbətdən bir gün əvvəl hər iki siyasətçi Budapeştdə mümkün sammiti müzakirə ediblər, lakin sonda sammit baş tutmayıb.

Agentliyin məlumatına görə, Macarıstan Baş naziri Amerika prezidentinin işgüzar yanaşmasına heyran olduğunu və bunu “qasırğa” ilə müqayisə etdiyini bildirib.

“O, irəliyə tank kimi hərəkət edir. Bu, öz bəhrəsini verir və buna yalnız sevinmək lazımdır”, - nəşr Rusiya liderinin sözlərini sitat gətirib. Bundan başqa, Putin guya Trampın Yaxın Şərq də daxil olmaqla, eyni vaxtda bir neçə böhranı idarə etmək qabiliyyətini yüksək qiymətləndirib.

Qeyd edək ki, Putin və Tramp arasında sonuncu telefon danışığı 9 martda baş tutub.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
46
herbiand.az

1Mənbələr